Sənətçi İradə İbrahimova xarici görünüşndə bir sıra dəyişiklər edib.
Bu dəyişikliyə səbəb müğənni hazırlığı qış aylarına qədər davam edəcək albomunu fərqli yozumda təqdim etmək məqsədini qarşısına qoymasıdır. Bu səbəbdən sənətçi xanım albomun foto-qalareyasını yeni və dəyişik görünüşü ilə bəzəməyi düşünür. Sənətçinin verdiyi məlumata görə, albom üçün nəzərdə tutulan mahnıların studiya yazılışı mərhələsi davam edir. Bura Gövhər Həsənzadənin bəstələri ilə yanaşı gənc və eyni zamanda peşəkar bəstəkarların yeni musiqiləri yerləşdiriləcək. Gövhər xanımın orta ritmdə olan bəstəsini lentə yazdıran müğənni hazır məhsulu albomun təqdimatına kimi dinləyiciləri ilə tanış etmək istəyir. Albomun harada buraxılıcağına gəlincə, sənətçi müğənninin həm yerli, həm də xarici studiyalara güvəndiyini, lakin konkret qərar vermədiyini deyib.
Müğənninin yeni imicdə foto çəkilişləri yaxın həftələrin birində rellaşacaq.